Ötən il Nobel Sülh Mükafatını qazanan rusiyalı jurnalist Dmitri Muratov mükafatını hərraca çıxardığını açıqlayıb.
"Unikal" xəbər verir ki, Muratova məxsus "Novaya qazeta"nın rəsmi sosial media hesabından edilən şərhdə, "Ukraynalı uşaqlara kömək etmək üçün verə biləcəyimiz ən vacib şeyin qurban verilməli olduğunu anlayırıq. Nobel qızıl medalını hərraca çıxarmaq qərarına gəldik. Hərrac Nyu-Yorkun Tayms Meydanında qeyd edilən Dünya Qaçqınlar Günündə canlı hərracla başa çatacaq. Gəlir UNİCEF fonduna köçürüləcək", - deyə bildirilib.
Bildirək ki, Muratov 2021-ci il Nobel Sülh Mükafatını alarkən Kreml əleyhinə nəşrlərini və ritorikasını davam etdirib. Fevralın 24-də Rusiyanın Ukraynaya hücumlarından sonra Ukrayna prezidenti Vladimir Zelenskini sorğu-sual edən və müsahibəsini öz qəzetində dərc etdirən Muratov qəzetinə qarşı və onun əleyhinə araşdırmalara başlayıb.
Bu araşdırmadan sonra qəzetin Ukraynaya qarşı hərbi əməliyyatların bitəcəyi günə qədər nəşrlərini dayandırdığını izah edən Muratova son olaraq qatar səfərində qırmızı boya ilə hücuma məruz qalıb.
Gülayə Mecid