Monteneqroda Avropa İttifaqının sanksiyalarına məruz qalan Rusiya kanalları, eləcə də bir sıra digər telekanallar bağlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Podqoritsadakı səfiri Vladislav Maslennikov bildirib.
Avropa İttifaqının "qara siyahı"sına düşməyən "Birinci Kanal" və “Pobeda”nın da ölkədə yayımı dayandırılıb.
Qeyd edək ki, Moskva əleyhinə sanksiyaların altıncı paketi çərçivəsində Avropa İttifaqı Rusiyanın üç dövlət telekanalının yayımını qadağan edib.