Ermənistanın paytaxt şəhəri İrəvanda etiraz aksiyaları səngimək bilmir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən "Müqavimət" hərəkatının üzvləri Ermənistan Xarici İşlər Nazirliyinin binasına doğru yürüş ediblər.
Buna səbəb sözügedən binada Rusiya XİN rəhbəri Sergey Lavrovla Arorat Mirzoyanın görüşü baş tutacaq. Nümayişçilərin etirazına görə Mirzoyanın erməni xalqı adından həmin danışıqlarda iştirak etmək hüququ yoxdur.
Qeyd edək ki, bu gün Lavrov və Mirzoyan arasında təkbətək görüş, ardınca isə birgə mətbuat konfransı planlaşdırılır. Bununla yanaşı ABŞ-ın İrəvandakı səfiri Lin Treysi də Sergey Lavrovun səfəri ilə paralel olaraq Ermənistan Xarici İşlər Nazirliyinin qarşısında görüntülənib.
Gülayə Mecid