Türkiyənin Sakarya şəhərinin Adapazarı rayonunda keçirilən toy mərasimində bəyin dostları ona qəribə hədiyyə veriblər.
"Unikal" Türkiyə KİV-nə istinadən xəbər verir ki, adət-ənənəyə əsasən, qızıl-zinət əşyalarını taxmaq mərasimində ailəsi və yaxınları növbə ilə yeni ailə quran cütlüyü təbrik etməyə başlayıblar.
Bu zaman bəyin dostları “Kurtlar vadisi” serialının musiqisi sədaları altında ona adının yazılı olduğu məzar daşı hədiyyə edərək, ardınca dua da oxuyublar.