Küveytin vəliəhd şahzadəsi Şeyx Məşəl əl-Əhməd əs-Sabah parlamenti buraxmaq qərarına gəldiklərini açıqlayıb.
"Unikal" xəbər verir ki, Küveytin vəliəhdi Şeyx Məşəl əl-Əhməd əs-Sabah Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın adından xalqa müraciət edib. Parlamentin buraxılmasından sonra qanuni və konstitusiya qaydalarına uyğun olaraq ümumi seçkilərin keçirilməsi planlaşdırılır.
Əl-Sabah, məclisi buraxmaq qərarına gəldiklərini və qanuni və konstitusiya qaydalarına uyğun olaraq ümumi seçkilər çağırdıqlarını açıqlayıb. Konstitusiyanın 107-ci maddəsinə əsaslanan qərarla ölkədəki siyasi vəziyyəti düzəltməyi hədəflədiklərini qeyd edən əs-Sabah, "Milli Məclisi buraxmaq və ümumi seçki çağırmaq qərarına gəldik. Son sözü xalq deyəcək”-deyə o çıxışında bildirib.
İcra hakimiyyətinin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmədiyinə diqqət çəkən Meşal, bəzi məmurların siyasi sabitliyin təmin olunması, ölkəyə və xalqa xidmət etmək öhdəliyi götürmədiklərini bildirib:
“Milli birliyi təhdid edən və vətəndaşların istəkləri ilə bir araya sığmayan əməllər, təəssüf ki, bununla nəticələndi. Nəhayət, bu, inkişafın yolunu kəsdi”-deyib.