Dünyaca məşhur Mykonos adasına istirahətə gedən 21 yaşlı ingilis turist helikopter pərvanəsinin vurması nəticəsində ölüb. 

"Unikal" xəbər verir  ki, şəkil çəkdirmək istəyərkən arxa pərvanələrə çırpılaraq həyatını itirən şəxs İngiltərənin məşhur milyarderin oğlu imiş .

Anası, atası və iki bacısı ilə tətilə gedən və ailəsinin gözü qarşısında dünyasını dəyişən britaniyalı yeniyetmənin ölümü ilə bağlı istintaq başladılıb.

***

Yunanıstanda tətil edən britaniyalı səyyah helikopter pərvanəsinin vurması nəticəsində ölüb.

"Unikal" xəbər verir ki, faciə axşam saatlarında Spat şəhərində baş verib.

Bir neçə ingilis helikopter icarəyə götürüb. Britaniyalı helikopterin pervanəsinə təhlükəli dərəcədə yaxınlaşdığının fərqinə varmayıb. Nəticədə aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.