Prezident Co Bayden azalma əlamətləri göstərən rekord inflyasiyaya baxmayaraq, ABŞ-ın tənəzzüllə üzləşəcəyinə inanmadığını bildirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu həftənin cümə günü Ticarət Departamenti ikinci rübdə artımın ilkin təxminlərini açıqlayacaq.
2022-ci ilin birinci rübündə ABŞ iqtisadiyyatı 2020-ci ilin yazında pandemiya başlayandan bəri ilk dəfə illik 1,4% azalıb.
Bayden bu haqda "Məncə, tənəzzül olmayacaq",- deyib.
O, həmçinin “İşsizlik səviyyəsi hələ də tarixin ən aşağı göstəricilərindən biridir. 3,6% regiondadır. Biz hələ də insanların sərmayə qoyduğunu görürük. Ümid edirəm ki, biz bu sürətli artımdan dayanıqlı inkişafa keçəcəyik”,- deyə bildirib.
Aynurə Xudaverdiyeva