"Rusiya Federasiyasının hərbi məqsədləri iflasa uğradı - işğalçılar məqsədlərinə nail ola bilmirlər".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
"Kiyevə çatmaqdan söhbət gedə bilməz. Məsələ ondadır ki, onlar Kramatorsk və Slavyanski - iki regional mərkəzləri ala bilməzlər... Rusiyanın hərbi məqsədləri iflasa uğradı. Onlar buna nail ola bilmirlər. Onlar hələ də hərbi təzyiq göstərmək, Ukraynanı çıxılmaz vəziyyətə salmaq və danışıqlara məcbur etmək istəyir", - Arestoviç bildirib.
Ağarza Elçinoğlu