"Çelsi" futbolçusu Ris Ceymslə müqavilənin müddətini artırıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, "zadəganlar" 23 yaşlı müdafiəçi ilə 5+1 illik müqavilə bağlayıb. 

Qeyd edək ki, Ris Ceymslə İspaniyanın "Real" klubu yaxından maraqlanırdı. Futbolçu 2018-ci ildən "Çelsi"nin formasını geyinir.