Bu gün Azərbaycanın bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayıb.

"Unikal" xəbər verir ki, 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin birinci sinifinə gedən şagirdlərin sayı 158 297 nəfərdir. Doqquzuncu sinifdə 147 029, on birinci sinifdə isə 100 455 nəfər təhsil alacaq. Ümumilikdə, yeni tədris ilində 1 616 214 şagird oxuyacaq.

Məktəblərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Qeyd edək ki, Bakının Binəqədi rayonu 276 №-li və Nərimanov rayon Natiq Tağıyev adına 212 №-li tam orta məktəblərində yeni tədris ilinin ilk günü lentə alınan fotoları təqdim edirik:

FOTO: Ayxan Məlikov