Tanınmamış Luqansk Xalq Respublikasının baş prokuroru Sergey Qorenko Ukrayna Silahlı Qüvvələrinin Luqanskda Baş Prokurorluğun binasına endirdiyi raket zərbəsi nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.
"Unikal" xəbr verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Hadisə nəticəsində baş prokurorun müavini Yekaterina Steqlenko da dünyasını dəyişib. Bildirilir ki, partlayış Qorenkonun ofisində baş verib.
Qeyd edək ki, Sergey Qorenko ruslar tərəfindən LXR baş prokuror təyin edilmişdi.
Gülayə Mecid