Çinin ən böyük telekommunikasiya operatoru "China Telecom"un Çanqşadakı binasında yanğın baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 42 mərtəbəli "China Telecom"un binası sürətlə alışıb.

Hadisə yerinə 36 yanğınsöndürən maşın və 280 yanğınsöndürən cəlb olunub.  

Yanğının  baş vermə səbəbi araşdırılır.