Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Çinə işgüzar səfərə gedib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, o, Çində ikitərəfli təhlükəsizlik məsləhətləşmələri aparacaq.
Patruşev həmçinin ictimai təhlükəsizlik, ədalət və asayişlə bağlı Rusiya-Çin məsləhətləşmələri üçün ÇKP MK Siyasi Bürosunun üzvü Quo Şenqkun ilə görüşəcək.
Rusiya Təhlükəsizlik Şurasının katibi bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında əldə olunan razılaşmaları müzakirə edəcək.
Gülayə Mecid