Rusiya administrasiyası Krım yarımadasından 60 min nəfəri səfərbərliyə cəlb edib.
"Unikal" xəbər verir ki, bu barədə Krım Tatar Resurs Mərkəzi “Facebook”da məlumat yayıb.
"Krımda Rusiya artıq 60 min insanı səfərbər edib. Üstəlik, Krım tatarlarının kompakt yaşadığı yerlərdə çağırış vərəqələri kütləvi şəkildə paylanır", - deyə yazıda bildirilir.
Gülayə Mecid