Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 193 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

İndiyədək ümumilikdə 821 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 810 374 nəfər müalicə olunaraq sağalıb, 9913 nəfər vəfat edib, aktiv xəstə sayı 1024 nəfərdir.

Ölkədə son sutka ərzində 2456, hazırkı dövrədək isə 7 247 567 test aparılıb.