İsveçin Strateji Məhsullar Müfəttişliyi (ISP) cümə günü bildirib ki, Skandinaviya ölkəsi NATO hərbi alyansına qoşulmağa qərar verdikdən və Türkiyənin etirazlarını aradan qaldırmağa razılıq verdikdən sonra Türkiyəyə hərbi texnikanın ixracına qoyulan qadağanı ləğv edib.

"Unikal" xəbər verir ki, İsveç və Finlandiya bu ilin əvvəlində NATO-ya üzv olmaq üçün müraciət etmişdilər, lakin onların müraciəti hazırkı 30 üzvün hamısının təsdiqini tələb etdiyi üçün maneələrlə üzləşmişdi. 

İsveç və Finlandiya 2019-cu ildə Suriyanıyadakı hərbi əməliyyatlardan sonra Türkiyəyə silah ixracına faktiki qadağa qoydular, rəsmi embarqo olmasa da, ISP mövcud icazələri geri götürdü və o vaxtdan bəri yeni icazələr vermədi.

Gültəkin