Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin NATO -ya qoşulmaq üçün sürətli şəkildə müraciət etdiyini bildirib .
"Unikal" xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
Ukrayna liderinin sözlərinə görə, de-fakto onun ölkəsi Şimali Atlantika Alyansına "yolunu artıq keçib".
“Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir. Cəmiyyətimizin qorunması üçün dəyərimizə cavab verəcək bir prosedurla. Sürətli əsasda. Biz Ukraynanın NATO-ya sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla müəyyənedici addımımızı atırıq”, - deyə siyasətçi bildirib.
Bundan əvvəl Ukrayna baş nazirinin müavini Olqa Stefanişina bildirib ki, Kiyev hətta Rusiyanın xüsusi əməliyyatı başa çatmamış Şimali Atlantika Alyansına qoşula bilər .