Vaşinqton bir sıra regionların Rusiyaya daxil olması referendumlarının tanınmaması ilə bağlı dünya ictimaiyyətini xəbərdar edəcək.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden açıqlama yayıb.
"Mən beynəlxalq ictimaiyyətin bütün üzvlərini Rusiyanın Ukrayna ərazilərini ilhaq etmək üçün qanunsuz cəhdlərini rədd etməyə və lazım olduğu müddətcə Ukrayna xalqının yanında qalmağa çağırıram", - Baydenin bəyanatı Ağ Evin saytında dərc edilib.
O, həmçinin əlavə edib ki, ABŞ Ukraynanın itirilmiş ərazi üzərində nəzarəti bərpa etmək cəhdlərini, o cümlədən Kiyevə hərbi yardım göstərmək cəhdlərini dəstəkləyəcək.
Ağarza Elçinoğlu