Moskva Şəhər Duması Kommunist Partiyası fraksiyasının rəhbəri Nikolay Zubrilin saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə fraksiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Zubrilin dörd yeni rayonun Rusiyaya birləşdirilməsinə dəstək aksiyasından qayıdarkən Moskva metrosunun Oxotnıy Ryad stansiyasında tutulub.
"Ondan orada nə etdiyini soruşdular. Onu 40 dəqiqə metroda polis bölməsində saxlayıblar, indi Kitai-Qorod polis bölməsinə aparırlar", - məlumatda deyilir.
Mətbuat xidmətinin məlumatına görə, Zubrilinə qarşı heç bir ittiham irəli sürülməyib, onun saxlanma səbəbi izah edilmir.
Ağarza Elçinoğlu