Rusiyadan İtaliyaya təbi qaz tədarükünün dayandırıldığı bildirilib.
"Unikal" xəbər verir ki, bu barədə İtaliyanın “Eni” neft-qaz şirkəti məlumat yayıb.
Məlumata görə, Rusiyanın “Gazprom” şirkəti tələb olunan qazı təmin edə bilməyəcəyini bildirib. Avstriya ərazisindən də qaz nəqlinin mümkün olmadığı qeyd edilib.
Buna görə də “Eni” şirkətinin Rusiya qazını qəbul etdiyi Tarvisio ötürücü məntəqəsi vasitəsilə “mavi yanacağın” tədarük həcmi bu gün sıfıra bərabər olub.