Rusiyada baş verən qəzada aktrisalar ölüb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, hadisə Yekaterinburq yaxınlığında magistral yolda baş verib. Belə ki, Krasnoturinsk şəhərinin kukla teatrına məxsus “PAZ” markalı sərnişin avtobusu ilə “MAN” markalı yük maşını toqquşub. Hadisə nəticəsində iki aktrisa dünyasını dəyişib. 

Avtobusda ümumilikdə 16 nəfər olub.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı