Futbol üzrə SSRİ yığmasının sabiq qapıçısı Yuri Deqterev 74 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə bazar günü öz teleqram kanalında Donetsk Xalq Respublikasının (DXR) rəhbəri vəzifəsini icra edən Denis Puşilin məlumat verib.
"O, Donbassın tanınacağını, Rusiyanın bir hissəsi olacağımızı və futbolumuzun dirçələcəyini xəyal edirdi. Demək olar ki, bütün arzular gerçəkləşdi və biz mütləq futbolu dirçəldəcəyik, heç şübhə yoxdur", - Puşilin yazıb.
Deqterev bütün peşəkar karyerasını keçirdiyi Donetsk “Şaxtyor”unun məzunudur. 1967-1983-cü illərdə əsas komandada çıxış edib. 1980-ci ildə SSRİ kubokunun sahibi olub, ölkə çempionatının iki gümüş və bürünc medalını qazanıb. SSRİ yığmasının tərkibində iki dəfə yeniyetmələr arasında Avropa çempionu olub (1966, 1967). O, böyüklərdən ibarət yığmada 17 oyun keçirib.
1977-ci ildə "Oqonyok" jurnalına görə ölkənin ən yaxşı qapıçısı kimi tanınıb, Lev Yaşin klubunun üzvüdür - 147 matçda "sıfıra" çıxıb.
Gültəkin