Rusiya Federasiyasının prezidenti Vladimir Putin Xerson sakinlərinin şəhərdən təxliyə edilməsini əmrini verib.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə  açıqlamasında deyib.  

Onun sözlərinə görə, xersonlular əks-hücum və digər tədbirlərdən əziyyət çəkməməlidir.  

"İndi Xersonda yaşayanlar ən təhlükəli hərbi əməliyyatlar zonasından çıxarılmalıdır", - Rusiya lideri bildirib.

Qeyd edək ki, son həftələrdə Ukrayna ordusu Xerson istiqamətlərdə əks hücuma keçib.  Artıq oktyabrın 24-də Ukrayna Müdafiə Nazirliyi Xerson vilayətində 90-dan çox yaşayış məntəqəsinin azad edilməsi barədə məlumat yayıb.

Gülayə  Mecid