Rusiya prezidenti  Ukraynadakı münaqişəni bir xalqın qarşıdurması adlandırıb.

"Unikal" xəbər verir ki , o, bunu tarixçilər və din xadimləri ilə görüşü zamanı deyib .

“Bir millətin bir-biri ilə vuruşması çətin və acıdır. Əslində qarşıdurma bir xalqın daxilində gedir”, - Rusiya prezidenti qeyd edib.

Putin vurğulayıb ki, Ukraynada milyonlarla insanın fikrini dəyişən Qərb olub. Onun fikrincə, Qərb ölkələri ukraynalılara psevdo-dəyərlər tətbiq edərək, Rusiyanı parçalamağa çalışıblar .

“Milyonlarla insanın şüuruna bu cür psevdo-dəyərləri yeritmək mümkün oldu, bu da ona gətirib çıxardı ki, onlar bu ərazidə həqiqətən anti-Rusiya yaradıb, nifrət toxumu səpib, insanların şüurunu zorlayıblar, onları həqiqi dəyərlərdən məhrum ediblər. Ölkəmizin parçalanması üçün fitil çox məharətlə qaldırıldı” deyə Putin bilidirib.

Gültəkin Ələsgər