"Qərb ölkələri Çindən asılılığını azaltmalıdır, lakin bu ölkəni Rusiya ilə eyni kateqoriyaya sala bilməzlər".

"Unikal" xəbər evrir ki,  bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borrell deyib.

"Aydındır ki, Çin daxili siyasətlə yanaşı, xarici siyasətinin də yeni dövrünü möhkəmləndirir, Çin daha iddialı, daha özünə inamlıdır.

Biz asılılığımızı azaltmaq, zəifliklərimizi aradan qaldırmaq, dayanıqlılığımızı gücləndirmək istəyirik. Lakin hazırda bir çox üzv dövlətlərin Çinlə güclü iqtisadi əlaqələri var və mən Çin və Rusiyanı eyni səviyyəyə qoya bilməyəcəyimizi düşünürəm”-deyə Borrell bildirib.

Gültəkin Ələsgər