"2020-ci illərin sonu və 2030-cu illərin əvvəlinə qədər Birləşmiş Ştatlar artıq təqribən ABŞ-ın arsenalına bərabər olan iki nüvə dövləti ilə məşğul olacaq".

"Unikal" xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul bildirib.

Onun hesablamalarına görə, Çin yaxın illərdə nüvə arsenalını dörd dəfə artıra bilər.

Koul qeyd edir ki, 2020-ci illərin sonu və 2030-cu illərin əvvəllərində Vaşinqton tarixində ilk dəfə olaraq bir deyil, iki bərabər nüvə gücünə sahib olacaq.

Bundan əvvəl Çin prezidenti Si Tsinpin Almaniya kansleri Olaf  Şolz ilə görüşdə  bildirib ki,  Pekin Ukraynada  nüvə silahının istifadəsinə qarşıdır  və həmçinin beynəlxalq ictimaiyyətin Ukrayna ilə Rusiya arasında danışıqlar prosesinin mümkün qədər tez başlamasında təkid edir. 

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin yardım xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb .Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.

Gültəkin Ələsgər