Bəhreyn kralı Həməd bin İsa əl-Xəlifə Rusiya ilə Ukrayna arasında vasitəçilik etmək istəyir.

"Unikal" xəbər verir ki, bu barədə Bəhreynin Rusiyadakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, kral Ukrayna və Rusiya arasında barışığa nail olmaq üçün istənilən rolu oynamağa hazırdır.

"Bəhreynin kralı Əlahəzrət Həməd bin İsa əl-Xəlifə münaqişəni dayandırmaq üçün Bəhreyn Krallığının Rusiya və Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu təsdiqləyir" , - Bəhreynin Moskvadakı səfirliyindən bildiriblər.

Sentyabrın 30-da Həməd bin İsa əl-Xəlifə və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub, onlar iki ölkə arasında münasibətlərin inkişafını müzakirə ediblər.