Türkiyənin Muş vilayətində avtobus sürücüsü silahlı hücuma məruz qalıb.

"Unikal" xəbər verir ki, Muşdan Diyarbəkirə gedən avtobus sürücüsü sərnişinləri götürmək üçün dayanacaqda dayandığı vaxt silahlı şəxs avtobusun sürücüsü Muhammed Mehdi Balkayaya atəş açıb.

Hadisə axşam saatlarında Diyarbəkir-Şanlıurfa avtomobil yolunun Seyrantepe Köprülü qovşağı çıxışında sərnişin dayanacağında baş verib. İddiaya görə, Məhəmməd Mehdi Balkaya 21 SV 222 dövlət nömrə nişanlı şəhərlərarası sərnişin mikroavtobusu ilə Muşdan yola düşüb. Axşam saatlarında Diyarbəkir şəhər mərkəzinə gələn mikroavtobusun sürücüsü Balkaya sərnişin dayanacağında saxlayıb. Bu zaman şəxsiyyəti hələlik müəyyən edilməyən şəxsin hücumuna məruz qalıb.

Hadisə yerində ağır yaralanan sürücü Balkaya aparıldığı xəstəxanada dünyasını dəyişib, edilən bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Avtobusun dayanacağa gəlməsi və hadisədən sonra sərnişinlərin panikaya düşməsi təhlükəsizlik kamerasına əks olunub. Hadisə ilə bağlı Asayiş Şöbəsi Qətl Bürosu qrupları tərəfindən araşdırma başlayıb.