Bu gün, noyabrın 5-də Ermənistanın paytaxtı İrəvan şəhərinin Fransa meydanında mitinq keçirilir. 

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, mitinq hansısa şəxs və ya qüvvə ətrafında keçirilmir.

"Mitinq Artsaxın müdafiəsidir. Mitinqdə iştirak edən erməni etiraz edir ki, hökumətin ölkəni yeni güzəştlərə və itkilərə aparmağa heç bir mandatı yoxdur", - məlumatda deyilir. 

Qeyd edək ki, az öncə başlayan mitinqə artıq xeyli sayda adam toplaşıb. 

Bununla bağlı ABŞ öz vətəndaşlarına vəziyyətin kəskinləşəcəyi ilə bağlı xəbərdarlıq edib. 

Ağarza Elçinoğlu