Kİm uddu kim uduzdu?
02:24 06-04-2012
CƏMİYYƏT
Kİm uddu kim uduzdu?
Sualın cavabı yaxınlarda
məlum olacaq
Müxalifətə, daha doğrusu, İctimai Palataya mitinq keçirtmək üçün Bayıl qəsəbəsindəki "20-ci sahə" adlı məkanda yer verildi. İctimai Palata isə tərəddüd etmədən həmin ərazidə aksiya keçirməyə razılaşdı. Maraqlıdır, "bu oyunda kim udu, kim uduzdu?"
Hakimiyyətin qazancı
Mitinqə razılıq vermək və müxalifətin bununla razılaşması ilk növbədə hakimiyyətin qələbəsidir. Çünki son bir neçə il ərzində hakimiyyət beynəlxalq təşkilatlar tərəfindən ən çox ona görə ittiham edilirdi ki, söz azadlığının boğulması, sərbəst toplaşma azadlığının təmin edilməməsi əsas iradlar idi. Hətta buna görə AŞPA-da Azərbaycana qarşı ciddi sanksiyaların tətbiq olunması da istənilirdi.
Digər tərəfdən, qarşıdan beynəlxalq mahnı müsabiqəsi gəlir və bütün diqqət Azərbaycana yönəlib. Bunun nəticəsidir ki, son bir neçə ay ərzində Azərbaycanla bağlı, bəlkə də, yüzlərlə tənqidi materiallar dünya mediasında işıq üzü gördü. Bu gün isə hakimiyyət müxalifətə mitinq keçirtmək üçün kənarda yer verməklə beynəlxalq təşkilatlara göstərdi ki, sərbəst toplaşma azadlığının pozulması ilə bağlı səsləndirilən fikirlər əsassızdır.
Müxalifət isə mitinq üçün ayrılan yerlə razılaşmaqla, əslində, hakimiyyətin bu planının baş tutmasına yardımçı oldu. Digər tərəfdən isə bundan sonra müxalifət nə zaman mitinq üçün yer istəsə, hakimiyyət tərəddüd etmədən həmin yerləri təqdim edəcək. Müxalifətin isə bundan imtina etməsi artıq mümkün olmayacaq və cığallıq kimi qəbul olunacaq. Çünki dünən aksiya keçirtdiyi yerdən bu gün imtina etməsi haradasa məntiqsizlik kimi görünəcək.
Hakimiyyətin ikinci uduşu bu oldu ki, müxalifət icazəli mitinqdə ciddi uğur qazana bilməyəcək və nəticədə cəmiyyətdə müxalifətə qarşı inamsızlıq bir az da artacaq.
Hakimiyyətə yaxın ekspertlər hesab edirlər ki, müxalifət bu aksiyaya 1000-1500 nəfərdən artıq adam çıxara bilməyəcək. Müxalifət nümayəndələri isə hesab edirlər ki, ən azı, 4 min şəxs mitinqə qatılacaq. Amma bunun özü də çox cüzi bir rəqəmdir və bu fakt heç də müxalifətin imicinə müsbət təsir etməyəcək.
Ən azı, hakimiyyət öz nəzarətində olan telekanalların imkanlarından istifadə edərək əks-təbliğat maşınını işə salacaq.
Bununla yanaşı, artıq bildirilir ki, rayon icra hakimiyyəti başçılarına tapşırılıb ki, mitinqdən bir gün əvvəl və mitinq günü Bakıya gələn sakinlərin maksimum dərəcədə qarşısı alınsın. Görünür, bunu nəzərə alan İctimai Palata da bu gündən etibarən şəhərin hər yerində mitinqə çağırışla bağlı vərəqlər yaymağa başlayıb. Amma bu praktikadan son aksiyada istifadə edilmişdi və heç bir nəticə əldə olunmadı.
Müxalifətin qazancı
Müxalifətin ilk növbədə qazancı o zaman olacaq ki, meydana, ən azı, 5-6 min adam çıxartsın və növbəti həftəyə mitinq planlaşdırsın. Nəticədə ayda iki dəfə aksiya keçirtməklə iştirakçıların sayını bir neçə dəfə artırıb özünə yeni sosial baza formalaşdıra bilər. Bunun üçün isə bir tərəfdən müxalifətdə mobil komanda olmalı, digər tərəfdən isə müxalifət daxilində vahid mərkəz formalaşdırılmalıdır.
Müxalifət həm də o zaman uğur qazana biləcək ki, rayon sakinlərinin bu aksiyalara marağını artırsın. Çünki hazırda rayonlarda əhalinin sosial durumu həddindən artıq pisdir və etirazlar artıq sistemli şəkil alır. Bu nisə o deməkdir ki, ciddi bir təkan olarsa, əhalinin sosial narazılığı həm də siyasiləşər.
Müxalifət bu aksiyada həm də psixoloji qələbə qazana bilər. Belə ki, müxalifətə heç bir halda yer verməyən hakimiyyət bu dəfə nisbətən loyal xətt tutdu. Müxalifət bunu cəmiyyətə hakimiyyətin güzəştə getməsi kimi təqdim edə bilər ki, bu da müxalifətə olan marağı artırar. Xatırlayırsınızsa, Quba hadisələrinə qədər bölgələrdə əhali narazılığını ortaya çıxara bilmirdi. Amma Quba hadisələrindən sonra bir canlanma yarandı və demək olar ki, hər gün hansısa rayonda nəsə baş verir.
Buna görə hesab etmək olar ki, müxalifət bu formatdan istifadə edə bilər.
Beləliklə, çıxartdığımız nəticə budur ki, hazır ki, məqamda müxalifətin mitinqə getməsi ilə hakimiyyət qazanır. Amma strateji baxımdan müxalifət sistemli şəkildə hərəkət edərsə, qələbəsini təmin etmiş olacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54