Ukrayna prezidenti Volodimir Zelenski yenidən Qərb ölkələrindən Kiyevi NATO və Avropa Birliyinə qəbul etməyi xahiş edib.

"Unikal" xəbər verir ki, o, bu barədə Madriddə Şimali Atlantika Alyansının Parlament Assambleyasının iclasında videobağlantı vasitəsilə çıxışı zamanı müvafiq bəyanatla çıxış edib  .

“Hamınız görürsünüz ki, Ukrayna bizim icmanın qorunmasına nə qədər əhəmiyyətli töhfə verir, hamınız görürsünüz ki, bizim 24 fevraldan sonra həqiqətən birləşmişik. Ona görə də bunun sayəsində görürsünüz ki, Ukrayna Aİ və NATO-nun tamhüquqlu üzvü olmalıdır”, - dövlət başçısı bildirib.

O, Qərb dövlətlərini Kiyevin Avropa İttifaqına və bloka üzvlük cəhdini dəstəkləməyə çağırıb.

Ukrayna lideri, həmçinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi və onun “sülh formulunu” həyata keçirməyə başlaması da daxil olmaqla, bunun üçün “əllərindən gələn hər şeyi” etməyi xahiş edib.

"Mən sizi və ölkələrinizi liderliyinizi göstərə biləcəyiniz sülh formulunun bəndini seçməyə dəvət edirəm" deyə Zelenski bildirib. 

Siyasətçi bir daha Ukraynanı hava hücumundan müdafiə sistemləri və maliyyə dəstəyi ilə təmin etməyə çağırıb.

Gültəkin