Türkiyədə İsmailağa Cəmiyyətinə bağlı Hiranur Vəqfinin qurucusu Yusuf Ziya Gümüşelin 6 yaşlı qızını ərə verib.
"Unikal" haberler.com-a istinadən xəbər verir ki, hadisə nə az, nə çox düz 18 il əvvəl baş verib. Belə ki, Gümüşelin qızı H.K.G məhkəməyə müraciət edərək atasının onu 6 yaşında ikən imam nikahı ilə evləndirdiyini iddia edib.
İllərdir evli olduğu şəxs tərəfindən cinsi istismara məruz qaldığını və 17 yaşında uşaq dünyaya gətirdiyini bildirən qadının şikayəti ilə bağlı İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən iddianamə hazırlanıb. İddianamədə 3 müttəhimin - H.K.G-nin həyat yoldaşı Kadir İstekli, Ata Yusuf Ziya Gümüşel, ana Fatma Gümüşelin ən azı 27 il müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib. Lakin həmin şəxslər hələ də həbs edilməyib.
Yerli KİV-də H.K.G-nin 6 yaşında gəlinlik geyindiyini sübut edən fotoşəkillər də yer alıb. H.K.G.-nin həyat tarixçəsi Türkiyə mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.