Fransanın Lion şəhəri yaxınlığında yeddi mərtəbəli yaşayış binasında yanğın olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 10 nəfər həlak olub. Ölənlərdən beşi 3-15 yaş arası uşaqlardır.14 nəfər isə yanğından xəsarət alıb.
Hadisə yerinə 180-ə yaxın yanğınsöndürən cəlb olunub. Yanğının baş vermə səbəbi araşdırılır.