ABŞ soyuq havadan və fırtınadan qurtula bilmir. Son günlərdə təsirini artıran soyuq hava dalğası və tufan bölgədə həyatı donma nöqtəsinə gətirib.
"Unikal" xəbər verir ki, Nyu-Yorkun ikinci böyük şəhəri Buffaloda cümə günü başlayan və həftə sonu boyunca davam edən fırtınada qar səviyyəsinin 1,2 metrə çatıb.
Digər tərəfdən dondurucu soyuq hava fırtınasının təsirini ortaya qoyan bir görüntü beynəlxalq ictimai rəyin gündəminə çevrilib. Buffaloda yaşayan 22 yaşlı Andel Taylor adlı qadının qar fırtınası zamanı avtomobilində qaldığı və soyuqdan donaraq öldüyü açıqlanıb.
18 saat xilas olunmasını gözləyən gənc qadının ölümü sosial şəbəkədə gündəm yaradıb.