"NATO ölkələrinin Ukraynaya silah tədarükü tezliklə sülhə gətirib çıxaracaq".

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq  deyib.  

“Bu, absurd səslənə bilər, lakin Ukraynaya hərbi dəstək sülhə nail olmağın ən qısa yoludur”, o, bildirib. 

Stoltenberqin sözlərinə görə, Rusiya başa düşməlidir ki, Ukraynada öz məqsədlərinə nail ola bilməyəcək.