Xəbər verdiyimiz kimi, Türkiyədə Kahramanmaraşın Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ bölgədə böyük dağıntılara səbəb olub.
"Unikal" xəbər verir ki, zəlzələ bir çox ərazidə hiss olunub. Belə ki, hadisə zamanı insanlar binanı tərk edərkən, vətəndaşlardan biri özünü yuxarı mərtəbədən yerə atıb. Həmin an müşahidə kameralarına əks olunub. Xoşbəxtlikdən həmin şəxs sağ qalıb.