Novosibirskdə beşmərtəbəli yaşayış binasında məişət qazının partlaması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Regional Səhiyyə Nazirliyindən məlumat verilib.

"Xilasedicilər daha iki qurbanın cəsədini tapıblar, partlayış nəticəsində ölənlərin ümumi sayı 12-yə çatıb" -  nazirlikdən bildiriblər. 

Üç nəfərin taleyi naməlum olaraq qalır. 

 

20:21

Novosibirskdə beşmərtəbəli yaşayış binasında məişət qazının partlaması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Regional Səhiyyə Nazirliyindən məlumat verilib.

Novosibirskdə matəm elan edilib.

09:03

Rusiyada beşmərtəbəli binada qaz sızması nəticəsində partlayış olub.

"Unikal" xəbər verir ki, hadisə ölkənin Novosibirsk şəhərində qeydə alınıb.

Partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.