İran Rusiya, Suriya, Türkiyə və Suriya ilə Türkiyə arasında münasibətlərin nizamlanması üzrə danışıqlara qatılacaq.
"Unikal" xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali İslam İnqilabının 44-cü ildönümü münasibətilə keçirilən ziyafətdə bildirib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın səfərinə gəlincə, Tehran tarixləri hələ müəyyənləşdirməyib.
Qeyd edək ki, 2022-ci ilin sonunda Moskvada Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri arasında Suriya böhranının həlli ilə bağlı danışıqlar aparılıb.