ABŞ administrasiyası Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra bu ölkələrə humanitar yardım məqsədilə 85 milyon dollar ayıracaq.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) zəlzələ ilə bağlı yardım paketini açıqlayıb.
Bildirilir ki, ABŞ Türkiyə və Suriyada baş verən zəlzələlərlə əlaqədar artan humanitar ehtiyacların ödənilməsi üçün 85 milyon dollar ayıracaq.