ABŞ əyləncə sənayesinin ən böyük şirkətlərindən biri olan "Walt Disney" 7 min işçisini ixtisar edəcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə şirkətin Baş İcraçı Direktoru (CEO) Bob İger məlumat yayıb.
O, 2022-ci ilin oktyabr-dekabr ayları üçün şirkətin balans hesabatında azalma müşahidə olunduğunu açıqlayıb. Bu kontekstdə İger qeyd edib ki, şirkətin 7000 işçisi ixtisar olunacaq və beləliklə, təxminən 5,5 milyard dollar xərcə qənaət ediləcək.
Seymur Əli