Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmaq imkanını nəzərdən keçirir, Avropa Şurasının hüquq departamenti isə hazırda bu məsələ üzərində işləyir.
"Unikal" xəbər verir ki, bunu Almaniyanın XİN rəhbəri Annalena Beerbok Bundestaqın İnsan Haqları Komissiyasının iclasında iştirakı zamanı deyib.
Lakin o, bunu çətin proses hesab edib: "Bu yarımhərbi təşkilatı Avropa Birliyinin terrorçu siyahısına salmaq yolunda hüquqi maneələr var. Bunun üçün tələblər hazırda aydın deyil".
Ağarza Elçinoğlu