İran kəşfiyyatçıları İsfahandakı hərbi obyektə hücumda iştirak edənləri həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə "Farsnews" nəşri yazıb.
“Yanvarın 28-də İsfahanda Müdafiə Nazirliyinin sənaye mərkəzlərindən birində baş vermiş uğursuz təxribat cəhdinin əsas günahkarları müəyyən edilərək həbs edilib”, - deyə agentlik bildirib.
Məlumata görə, hüquq-mühafizə orqanları hücumda İsrail agentlərinin əli olduğunu sübut ediblər.
Xatırladaq ki, yanvarın 28-də İsfahandakı hərbi obyektə pilotsuz uçuş aparatları ilə hücum edilib. İran rəsmilərinin məlumatına əsasən, hücum nəticəsində üç kvadrokopter vurulub, itki yoxdur.