ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin Vaşinqtondakı səfirliyinə gedərək matəm kitabını imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə diplomat Tvitterdə bildirib.
"Türkiyədə baş verən dağıdıcı zəlzələ qurbanlarının matəm kitabını imzaladım. Sərhədin o tayında türk xalqının, eləcə də suriyalıların böyük itki və iztirablara məruz qalması məni dərindən kədərləndirdi." – dövlət katibi qeyd edib.