Adıyamanda zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslərin axtarış-xilasetmə işləri davam edir.
"Unikal" xəbər verir ki, Adıyaman Jandarma Komandanlığına rəhbərlik edən Baş çavuş Osman Gürbüz və həyat yoldaşı Ümmü Gürbüz 128 saatdan sonra xilas edilib.
Bununla yanaşı, xilasedicilər dağıntılar altında olan cütlüyün 3 uşağının cəsədlərini də çıxara biliblər. Övladlarının ölümündən xəbərsiz olan Gürbüz cütlüyü təcili yardımla xəstəxanaya aparılıb.