Kahramanmaraşdakı zəlzələdən sağ çıxan vətəndaşın sosial şəbəkədə yayımlanan videosu hər kəsin marağına səbəb olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələdə dağıntılar altında qalan kişi iki dəfə öldüyünü və sorğuya çəkildiyini dilə gətirib.
"Dağıntılar altında iki dəfə öldüm. Dindirildim. "Rəbbin kimdir?" "Dinin nədir" kimi suallar verildi. Ondan sonra ağlıma heç bir şey gəlmir. Yaşamaq yaxşıdır, amma hazırlıqsız ölmək çox pisdir".
Zəlzələdən sağ çıxan vətəndaşın bu sözləri sosial şəbəkədə böyük əks-səda doğurub.