Hatayın Antakya rayonundakı zəlzələdə dağıntıları altında qalanların axtarış-xilasetmə işləri davam edir.
"Unikal" xəbər verir ki, xilasedicilər dağıntılar altından Okaylar ailəsinin cəsədlərini çıxarıblar. Xilasetmə qrupları cəsədləri aşkar edərkən təsirli anlar yaşayıblar.
Belə ki, onlar bir-birini qucaqlayan Mehmet Okay (45), həyat yoldaşı Ebru Okay (45), uşaqları Hayrettin Yiğit Okay (15) və Beren Okayın (6) cansız bədənləri ilə qarşılaşıblar.
Bildirək ki, Okay ailəsinin cəsədləri 4-cü gündə tapılıb.