İran Kahramanmaraşda zəlzələdən zərər çəkənlər üçün Türkiyəyə sağlamlıq və humanitar yardım materialları daşıyan daha 2 təyyarə göndərib.
"Unikal" xəbər verir ki, bu barədə İranın Ankaradakı səfirliyi məlumat yayıb. Bildirilir ki, fevralın 7-dən etibarən axtarış-xilasetmə qrupları, tibbi qruplar, humanitar yardım ləvazimatları və 2 səhra xəstəxanası daşıyan 7 təyyarə İrandan Türkiyədəki zəlzələ bölgələrinə göndərilib.