Hatayın Antakya rayonunda dağıntılar altında aparılan işlər nəticəsində 5 aylıq körpə 134 saatdan sonra xilas edilib.
"Unikal" xəbər verir ki, mədənçilər tərəfindən xilas edilən körpəyə ilkin tibbi yardım göstərilib. O, daha sonra xəstəxanaya yerləşdirilib.
5 gün 14 saat sonra dağıntılar altından sağ-salamat çıxan körpəni "Mucize bebek" adlandırıblar.