2018 Masterchef yarışmasında çempion olan Uğur Kardaş kömək üçün getdiyi zəlzələ bölgəsində həbs olunub.
"Unikal" xəbər verir ki, Kardaş təbii fəlakət bölgəsində gedərək təxribat xarekterli video paylaşıb.
"İnşaatın altından bir cəsəd çıxır. Bu cansız bədəni ayırırlar. Əfqan kişi gəlir, qolunu kəsir, qızılını alır.Təbii ki, çevik polis alayı qoruyur. Polisə deyəcək sözüm yoxdur. Onsuz da burada adamı öldürəcəklər”.
Bu iddia qısa müddətdə sosial mediada böyük hiddət doğurub. İddiaların əsassız olduğu ortaya çıxan Kardaş Adıyaman hava limanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Kardaş iddiasını sübut edəcək hər hansı dəlilə malik olmadığını bildirib.
Nəzarətə alınan Kardaş Kahta Sülh Cəza Məhkəməsinin qərarı ilə "ictimaiyyəti çaşdıran məlumat yaymaq" ittihamı ilə həbs edilib.