Suriyada zəlzələdən sonra təxminən 8,5 min insan həyatını itirib.
"Unikal" xəbər verir ki, bu barədə fevralın 12-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
“Dəqiq rəqəm demək çətindir, qurbanların sayı hər gün artır. Amma bu gün bildiyimizə görə, Suriya hökumətinin nəzarətində olan ərazilərdə 4000-ə yaxın adam ölüb, 2500 nəfər yaralanıb, Suriyanın şimal-qərbində isə 4500-ə yaxın sakin ölüb, 7500-ü yaralanıb”, - ÜST-nin fövqəladə hallar üzrə regional direktoru Riçard Brennan bildirib.